Rəsulzadənin məzarı ilə bağlı abadlaşdırılma işlərindən - Fotolar

5-03-2024, 20:30 14 dəfə baxılıb

 

Məhəmməd Əmin Rəsulzadənin məzarının abadlaşdırılması başa çatır.

“Azerinews.az” APA-ya istinadən xəbər verir ki, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən olan Məhəmməd Əmin Rəsulzadənin Ankara şəhərindəki Cəbəci Əsri məzarlığında yerləşən məzarının abadlaşdırılması yekunlaşır.

Abadlaşdırılma işləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölkənin Türkiyə Respublikasındakı səfirliyi tərəfindən Türkiyənin müvafiq dövlət qurumları ilə koordinasiyalı şəkildə həyata keçirilib.

Qeyd edək ki, bir neçə gün əvvəl Azərbaycanın Türkiyədəki səfirliyi görkəmli ictimai-siyasi xadimin Ankara şəhərindəki Cəbəci Əsri məzarlığında yerləşən məzarının abadlaşdırılmasına başlandığını açıqlamışdı. Türkiyənin müvafiq dövlət qurumları ilə koordinasiyalı şəkildə həyata keçirilən abadlaşdırma işlərinin M.Ə.Rəsulzadənin vəfat ildönümü olan 6 mart tarixinə qədər yekunlaşdırılması nəzərdə tutulurdu.











Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930