Biləsuvarda qadının qətli ilə bağlı bəzi təfərrüatlar məlum olub

26-03-2024, 19:45 99 dəfə baxılıb

Biləsuvar rayonunda baş verən qətl hadisəsinin bəzi təfərrüatları məlum olub.

"Azerinews.az"ın məlumatına görə, iki azyaşlı övladı olan ailə kənddə tikdirdikləri yeni evə köçməyə hazırlaşırmış.

Bu məqsədlə Sevil Əlili Bakıda işləyən həyat yoldaşına zəng edərək onu kəndə çağırıb. Yeni tikilidə baş verən mübahisə zamanı A.Məmiyev həyat yoldaşının üzünə bıçaq zərbəsi endirib, sonra onu təzə evin tavanında asıb.

Qeyd edək ki, bu gün saat 15:00 radələrində Biləsuvar rayonu Xırmandalı kəndi ərazisində 1999-cu il təvəllüdlü Sevil Əlilinin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 1997-ci il təvəllüdlü Anar Məmiyevin rayonun Xırmandalı kəndi ərazisində yerləşən fərdi yaşayış evində deşici kəsici alətlə xəsarətlər yetirərək arvadı Sevil Əlilini qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Hadisədən sonra Anar Məmiyev könüllü olaraq təslim olub və rayon prokurorluğunun qərarı əsasında şübhəli şəxs qismində tutulub.

Hazırda faktla bağlı Biləsuvar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq araşdırmaları davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930