Biologiya üzrə fəlsəfə doktoru İsmayıl Söhbət oğlu Zülfüqarov vəfat edib.

10-01-2024, 12:49 20 dəfə baxılıb

Biologiya sahəsində tanınmış alim, Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Proteomiks beynəlxalq laboratoriyasının müdiri, Cənubi Koreyanın Pusan Milli Universitetinin 17 il tədqiqatçı-professoru olmuş, biologiya üzrə fəlsəfə doktoru İsmayıl Söhbət oğlu Zülfüqarov vəfat edib.

AMEA-dan APA-ya verilən xəbərə görə, alim 65 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, İsmayıl Zülfüqarov 140-dan çox elmi əsərin müəllifidir. Onun rəhbərliyi ilə 1 fəlsəfə, 2 magistr dissertasiyası uğurla müdafiə edilib. 2 fəlsəfə doktoru dissertasiya işi müdafiə üçün hazırlanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930