Tərtərdə ağır qəza, ölən var - Foto

16-04-2024, 17:58 37 dəfə baxılıb


Bu gün Tərtərdə bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

“Azerinews.az” xəbər verir ki, hadisə Bərdə-Ağdam avtomobil yolunun Tərtərin Hüsənli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

1989-cu il təvəllüdlü İsrafil Həsənovun idarə etdiyi “VAZ-2107” markalı minik avtomobili ilə 1975-ci il təvəllüdlü Rövşən Əliyevin idarə etdiyi “BMW” markalı minik avtomobili toqquşub. Hadisə nəticəsində hər iki sürücü xəsarət alıb. “VAZ-2107”nin sürücüsü xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı Tərtər RPŞ-də araşdırma aparılır.








Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930