Azərbaycanın Əməkdar jurnalisti vəfat edib

29-04-2024, 17:29 72 dəfə baxılıb

 Tanınmış jurnalist Vasif Səmədov vəfat edib.

APA xəbər verir ki, Azərbaycanın Əməkdar jurnalisti Vasif Səmədov bu gün dünyasını dəyişib.

Vasif Səmədov 22 yanvar 1950-ci ildə Masallı rayonunda anadan olub. ADU-nun jurnalistika fakültəsini bitirdikdən sonra Ukraynada hərbi xidmətdə olub.

O, “Azərbaycan pioneri”, Azərbaycan Dövlət Radio və Televiziya Verilişləri Komitəsi, “Azərbaycan gəncləri”, “Kommunist”, “İzvestiya”, “Possiyski fermer”, “Oqonyok” və “Literaturnaya qazeta” kimi məşhur mətbuat orqanlarında çalışıb. Vasif Səmədov “Oqonyok” jurnalının və “Literaturnaya qazeta”nın Mərkəzi, Qərbi Asiya ölkələri üzrə xüsusi müxbiri və müxbir bürosunun müdiri olub. O, “Kaspiyan-İzvestiya” Beynəlxalq İnformasiya Agentliyinin təsisçisi və baş direktoru olub.

Yazıçı-publisistin həmmüəllif olduğu “Leyla Əliyeva: “Xocalıya ədalət!” (Beynəlxalq erməni terroruna qarşı yeni strateji model)” üçcildliyi araşdırmalar aparılan tədqiqatlar nəticəsində ərsəyə gələn mühüm mənbədir.

Vasif Səmədovun adı Amerika Biblioqrafiya İnstitutunun Direktorlar Şurasının tərtib etdiyi “Dünyanın 1000 nüfuzlu şəxsi” adlı biblioqrafik sorğu kitabına daxil edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930