Azərbaycanda Məhərrəm ayının başlanacağı tarix açıqlandı
Azərbaycanda Məhərrəm ayının başlanacağı tarix açıqlanıb.
Bu barədə Lent.az-a Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin müavini Fuad Nurullayev məlumat verib.
Bildirilib ki, bu il Məhərrəm ayı iyulun 7-nə təsadüf edəcək:
"Bu il Məhərrəm ayının ilk günü iyulun 7-nə, Aşura günü isə iyulun 16-na təsadüf etməlidir. Bununla bağlı olaraq Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının fətvası olacaq".
Sədr müavininin sözlərinə görə, Məhərrəm ayından sonra gələn Səfər ayı avqustun 6-dan başlayacaq.