Gəncədə İsrafil Məmmədovun xatirəsi anılıb

6-05-2024, 16:58 119 dəfə baxılıb


   İlk Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun xatirəsi Gəncədə anılıb. Bu münasibətlə düzənlənən tədbir qəhrəmanın Xan bağında yerləşən qəbirüstü abidəsini ziyarətlə başlayıb. Tədbir iştirakçıları qəbirüstü abidəyə gül dəstələri qoyaraq İsrafil Məmmədovun xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Daha sonra tədbir İsrafil Məmmədovun ev muzeyində davam elədi. Çay süfrəsi arxasında davam edən tədbirdə İsrafil Məmmədovun qardaşı və bacısı nəvələri, Kəlbəcər rayon Sarıdaş kitabxanası, Alıkənd kənd kitabxanası, Güneypəyə kitabxanası, Şərqi Zəngəzur Mədəniyyət İdarəsinin MKS-nın Cəmillikənd kitabxanasının əməkdaşları iştirak etdilər. İ Məmmədov ev muzeyinin sabiq direktoru Eldəniz Babayev, muzeyin direktoru, Vətən müharibəsi qazisi Nəimi Mustafayev qəhrəmanın həyatından, keçdiyi döyüş yolundan danışdılar. Çıxış edənlər İsrafil Məmmədov kimi qəhrəmanların həyat və döyüş yolunun müasir gəncliyimiz üçün örnək olduğunu vurğuladılar. Sonda İsrafil Məmmədovun və Vətənimiz ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz ruhuna dualar oxundu, qazilərə uzun ömür, can sağlığı arzulandı.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031