Gəray Gəraybəyli  hər iki müqəddəs peşəni bir ana xətdə birləşdirir

8-05-2024, 12:26 209 dəfə baxılıb

Həyat məğlub olanların sırasında olmamaq üçün  daim zirvələrə dırmaşmaqdan ötrü  hər şeyə hazır olanların  qələbə qazandığı cəngəllikdir.

Gəray Gəraybəyli zirvələri elmi, savadı eyni zamanda həlim və insanpərvər xarakteri ilə fəth edən insandır. İnsana cəmiyyətdə nüfuz, başucalığı gətirən ən ümdə üstünlük öncə insanlıqdır, digər keyfiyyətlər insanlığın fonunda cərəyan edir.

Həkimlik çətin və məsuliyyətli peşədir, insan məfhumu cismən, fizikən ona etibar olunur. Bir sözlə, insan insanın var oluşunda  bilvasitə  məsuliyyət daşıyır.

İnsanın ruhi sağlamlığının keşiyində dayanmaq, xəstə təfəkkürlü, zəif iradəli insanlarla işləmək, onlara həyat eşqi aşılamaq həyatın özü qədər mürəkkəbdir. Xizək sürən uşaq kimi sanki yaşamaq üçün xizəyin iplərini xəstənin ovuclarına möhkəm-möhkəm bərkitmək isə daha qəliz və yorucu prosesdir.

Böyük depressive pozğunluqların kökünə enib, insanı ruhən müalicə edib, sağlam düşüncəsini  bərqərar etməyin daha qəliz olduğunu qəbul etməmək məntiqsizlik olar.

Son illər nəinki Azərbaycanda dünya nüfuzunda  da insanların psixoloji vəziyyətində bir gərginləşmə tendensiyası müşahidə olunur. Bu gərginləşmənin qarşısını alınmasında G.Gəraybəylinin fəaliyyəti danılmazdır.

O, müsahibələrinin birində psixologiyanın çox mürəkkəb və incə sahə olduğunu qeyd edərək, bir sözün insan psixologiyasına çox ağır zərbə vura bildiyini deyib.

Yaxşı psixiatr həm də yaxşı insandır. Hər sözü sahəsi kimi, incə həlim, kəlimələri seçilmiş və hər kəsə özəl olur.

Ölkəmizdə Gəraybəyli ismini tanımayan yəqin ki, cəmiyyətdan kənar dolanır.

Gəray Gəraybəylini kimi müəllim, kimi həkim, digərləri sadəcə Azərbaycan Tibb Universitetinin rektoru olaraq tanıyır.

Həkim-psixiatr Azərbaycan Tibb Universitetinin rektoru, Əməkdar müəllim, tibb elmləri doktoru, 2016-cı il tarixindən Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Tibb Universitetinin rektoru vəzifəsinə təyin edilib. Gəray Gəraybəylinin ən çox sevdiyi tədbirlər tələbələrlə olan görüşləridir. İntellektual biliyə və elmə olan həvəsi ilə seçilən gəncləri dəyərləndirir.

Tələbələrin dostu fəxri adını qürurla daşıyır.

G.Gəraybəyli  Azərbaycan Tibb Universitetinin rektoru  təyin olunduqdan sonra universitetdə bir çox yeniliklər və inkişaf  gözdən yayınmamışdır.

Universitetin professor-müəllim heyəti üçün "Pedaqoji peşəkarlığın inkişafı" və ekspert-müəllimlər üçün "Çoxseçimli sualların hazırlanması, tətbiqi və analizi" təlimlərinin keçirilməsi, tələbələrə maketlər üzərində kliniki bacarıqların tədrisi və qiymətləndirilməsi, həmçinin tibb təhsilində baş verən yenilikləri, innovasiyaları aşkar etmək üçün davamlı araşdırmalar aparılır.

    Məzunların diplomaqədər və diplomdansonrakı daimi tibb təhsilinin effektiv şəkildə təşkili, kafedraların funksiya və vəzifələri, tibb təhsili sahəsində ətraflı informasiya toplanılır, bu sahə üzrə mütəxəssislər hazırlanır.

    Gəray Gəraybəylinin əsas məqsədi tələbələrin tibb sahəsində akademik müstəqillik səviyyəsini, sərbəst öyrənmə bacarığını müəyyən etməkdir. Cəmiyyətin sağlamlığını qorumaq və yaxşılaşdırmaq üçün tibb tələbələrinin lazımi müasir bilik, bacarıq, vərdiş və davranışları əldə etməsinə şərait yaradır.

Gəray Gəraybəyli diqqəti tədris prosesinin günün tələbləri səviyyəsində qurulmasına yönəldib. Gəray Gəraybəylinin tibb təhsilinin keyfiyyətinin yaxşılaşmasında müstəsna rolu danılmazdır.

    Azərbaycan Tibb Universiteti tələbələrinin beynəlxalq əlaqələrinin yaxşılaşdırılması, tələbələrin xarici ölkələrin universitet klinikalarında təcrübi bacarıqlara yiyələnməsi və elmi araşdırmalar aparması, eyni zamanda ATU-nun beynəlxalq miqyasda daha yaxşı tanınması məqsədi daşıyır.

Zəhmətkeş Gəray müəllim hər iki müqəddəs peşəni bir ana xətdə  birləşdirir.

Müəllim və həkim-hər ikisi insan kapitalı ilə işləyir, hər ikisi gələcəyin qurucusudur. Gəray müəllim insan kapitalı yetişdirib cəmiyyə təqdim etməklə yanaşı, eyni zamanda bünövrəsi laxlayan yaradılışların, ruhi himnini möhkəmləndirib cəmiyyətə sağlam təfəkkürlü insan təqdim edir.

Səy və istedad  birləşdikdə valehedici olur. Gəray müəllimin usanmadan göstərdiyi səy, zəhmət və uzun illər qazandığı bilik və istedad valehedicidir, çünki şöhrəti ciddi əmək hesabına  əldə edib.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930