Nəşi 30 il sonra tapılan şəhidimiz dəfn olundu

21-05-2024, 14:17 105 dəfə baxılıb

 

Bu yaxınlarda nəşinin qalıqları tapılan şəhidlərdən biri də Arif Ələkbər oğlu İmaməliyevdir.

 "Azerinews.az"  xəbər verir ki, mayın 21-də şəhidlə vida mərasimi keçirildikdən sonra nəşi Bakının Yeni Suraxanı rayonundakı Şəhidlər xiyabanına gətirilib.

 Dəfn mərasimində şəhər sakinləri, şəhidin ailə üzvləri, qazilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

 Şəhid Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında və yaylım atəşinin müşayiəti ilə son mənzilə yola salınıb. Dəfn mərasimində “Şəhidlər ölməz, Vətən bölünməz” şüarları səsləndirilib, şəhidin ruhuna dualar oxunub.

 Qeyd edək ki, Arif İmaməliyev 1960-cı ildə Bakı şəhərində anadan olub. 1994-cü il fevralın 15-də Kəlbəcər rayonundakı Murovdağ ətrafında gedən döyüşlərdə itkin düşmüşdü.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031