Vitse-spiker şəhid ailələri üçün iftar süfrəsi açdı - Fotolar

6-04-2024, 13:30 135 dəfə baxılıb

 Aprelin 5-də paytaxtın Nərimanov rayonunda şəhid ailələri və qazilər üçün iftar məclisi təşkil olunub.

“Azerinews.az” xəbər verir ki, tədbirdə öncə şəhidlərimizin əziz xatirəsinə sayğı duruşu elan olunub, daha sonra Dövlət Himni səsləndirilib.

Tədbiri giriş sözü ilə açan Milli Məclisin sədr müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev şəhid ailələri, qazilər və bütün tədbir iştirakçılarını qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibətilə səmimi qəlbdən təbrik edərək, bu bayramı ilk dəfə ərazi bütövlüyü və suverenliyi bərqərar olunmuş ölkə kimi qürurla qeyd etdiyimizi bildirib: “Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və qəhrəman ordumuzun şücaəti sayəsində ölkəmiz böyük Zəfər qazanaraq, tarixi ədaləti bərpa edib. Fədakar Vətən övladlarının əziz xatirəsi qəlbimizdə əbədi yaşayacaq. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şəhid ailələrinə, qazilərə yüksək diqqət və qayğısını xüsusi minnətdarlıqla qeyd edirik. Ali dövlət rəhbərliyinin şəhid ailələrinə, qazilərə həssas münasibəti bizim hər birimizçün örnəkdir.

Bir neçə gün öncə - martın 31-də azərbaycanlıların 1918-ci ildəki soyıqrımının 106-cı, fevralın 26-da isə Xocalı Soyqırımının 32-ci ildönümünü ümumxalq hüznü ilə, dövlət səviyyəsində və bütün dünya azərbaycanlıları olaraq qeyd etdik. Biz ll Qarabağ müharibəsindən, 2023-cü il sentyabrındakı lokal antiterror tədbirlərindən sonra böyük qürur hissi ilə deyirik ki, bütün dönəmlərdəki şəhidlərimizin qisası alınıb, onların ruhu şaddır.

Bugünkü müstəqil, güclü Azərbaycan əcdadımızın ruhunu şad edən ən əsas faktor, ən əziz sərvətimizdir. Bu duyğular içində əziz şəhidlərimizin ruhunu bir daha ehtiramla yad edir, doğmalarına, qazilərimizə, siz dəyərli tədbir iştirakçılarının hər birinə ən xoş arzularımızı yetirirəm! Dəvətimizi qəbul edib təşrif buyurduğunuz üçün çox sağ olun! Ramazan bayramınız mübarək olsun!”

Tədbirdə çıxış edən Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyası və Nərimanov rayon bələdiyyəsinin sədri Təmraz Tağıyev iftar süfrəsini könül süfrəsi adlandırıb, ürək sözlərini bölüşüb: “Şəhid ailələrimiz bizim baş tacımızdır. Əlamətdar günlərdə, bayramlarda ilk yad etdiyimiz insanlar məhz onlardır. Mən də öz adımdan və təmsil etdiyim qurumlar adından hər birinizi Ramazan bayramı ilə bağlı təbrik edir, möhkəm cansağlığı, iş avandlığı diləyirəm!”

Şəhid ailələri, qazilərin ürək sözləri dinlənildikdən sonra “Qurani-Kərim”dən ayələr oxunub, Ramazan ayının fəzilətləri barədə söhbət açılıb, xalqımız və dövlətimizin firavanlığı, əmin-amanlığı, Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman Vətən övladlarının ruhuna dualar oxunub.













Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930