Şəhid Ülvi Bağırov dəfn edildi - Fotolar - Yenilənib
Şəhidlik zirvəsinə ucalan Azərbaycan Ordusunun zabiti leytenant Bağırov Ülvi Hənifə oğlunun nəşi bu gün doğulduğu Salyan rayonuna gətirilib.
“Azerinews.az” AZƏRTAC-a istinadən xəbər verir ki, şəhidlə boya-başa çatdığı evdə vida mərasimi keçirilir. Cənazə namazı qılınıb və bütün şəhidlərin ruhuna dualar oxunub.
Vida mərasimində Müdafiə Nazirliyinin, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəsmiləri, veteran və qazilər, şəhidin döyüş yoldaşları, rayon ictimaiyyətinin nümayəndələri iştirak edirlər.
***
2023-cü ilin 19-20 sentyabr tarixlərində Qarabağda həyata keçirilən antiterror əməliyyatı zamanı ağır yaralanan, ötən gün vəfat edən Azərbaycan Ordusunun zabiti, leytenant Bağırov Ülvi Hənifə oğlu dəfn olunub.
APA-nın məlumatına görə, zabit anadan olduğu Salyan şəhərində yerləşən Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Dəfn mərasimində Milli Məclis üzvləri, Salyan rayon İcra Hakimiyyətinin rəhbərliyi, ictimaiyyət nümayəndələri iştirak etdilər.
Yaylım atəşi açılıb. Cənazəyə bükülən Dövlət bayrağı şəhidin atasına təqdim olunub.
Qeyd edək ki, Bağırov Ülvi Hənifə oğlu aprelin 7-də müalicə olunduğu tibb müəssisəsində vəfat edib.
Qeyd edək ki, 2023-cü il sentyabrın 19-20-də Qarabağ iqtisadi zonasında həyata keçirilən antiterror tədbirləri zamanı ağır yaralanmış Ü. Bağırov aprelin 7-də müalicə olunduğu tibb müəssisəsində vəfat edib.