Bərdə terroru qurbanlarının xatirəsi yad edilib

28-10-2023, 11:51 9 dəfə baxılıb

 

Ermənistan silahlı qüvvələrinin 2020-ci il oktyabrın 28-də Bərdə şəhərinə raket hücumlarının ildönümü ilə əlaqədar şəhid olan dinc sakinlərin anım mərasimi keçirilib.

"Azerinews.az"ın xəbərinə görə, terror aktı baş verən ərazidə qurulmuş xatirə lövhəsinin qarşısında təşkil edilən mərasimdə Milli Məclisin deputatı Fatma Yıldırım, Bərdə Rayon İcra Hakimiyyətinin, hüquq mühafizə orqanlarının, YAP Bərdə rayon təşkilatının, idarə, müəssisə, təşkilatların rəhbərləri, Vətən müharibəsi şəhidlərinin ailələri və yaxınları, qazilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Anım mərasimində əvvəlcə Bərdə terroru qurbanlarının xatirəsi birdəqiqəlik sükutla yad edilib. Xatirə lövhəsinin önünə əklil və gül dəstələri qoyulub. Anım duruşu nümayiş etdirilib.

Terror qurbanları və müharibə zamanı şəhid olan soydaşlarımızın ruhuna dualar oxunub.

Qeyd edək ki, Bərdə şəhəri 44 günlük Vətən müharibəsi zamanı 5, 8, 27, 28 oktyabr və 7 noyabr tarixlərində Ermənistan silahlı qüvvələrinin raket hücumlarına məruz qalıb. Bərdə şəhərində törədilən terrorlar nəticəsində, ümumilikdə, 28 nəfər həlak olub, 108 nəfər yaralanıb. Şəhərdə yerləşən evlərə, mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930