Vilayət Eyvazov idarə rəislərinə tapşırıq verdi

31-05-2024, 15:35 89 dəfə baxılıb

 Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov mayın 30-da və 31-də Yardımlı Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib.

“Azerinews.az” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. 

Bildirilib ki, qəbul Rayon Polis Şöbəsinin inzibati binasında keçirilib.

Yardımlı, Astara, Lerik, Masallı, Lənkəran şəhər və rayonlarından qəbula gələn 264 vətəndaşın müraciətini dinləyən nazir onların problemlərinin həlli üçün nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib. Müraciətlərin əksəriyyətinin yerində həlli ilə bağlı tədbirlər görülüb.

Səfər çərçivəsində general-polkovnik V.Eyvazov bölgə üzrə polis orqanlarında sıravi və kiçik rəis heyətinə xidmətə qəbulla bağlı sıra baxışı keçirib.

21 Vətən müharibəsi iştirakçısının da qatıldığı sıra baxışında xidmətə qəbulun şərtlərinə uyğun gələn 92 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.








Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930