Daha bir nəfər dənizdə batdı

24-06-2024, 11:12 122 dəfə baxılıb

 

Bakının Sabunçu rayonu, Nardaran qəsəbəsində dənizdə bir nəfər batıb.

“Azerinews.az” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hadisə ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 5 km aralıda, nəzarətsiz ərazidə baş verib. FHN-in "112" qaynar telefon xəttinə daxil olmuş məlumatla əlaqədar, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031