Azərbaycanlı zəvvarların Həcc ziyarəti başa çatdı

1-07-2024, 12:29 136 dəfə baxılıb

 

Azərbaycandan olan zəvvarların Həcc ziyarəti başa çatıb.

"Azerinews.az"  xəbər verir ki, bunu Trend-ə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri Vüsal Cahangiri deyib.

O bildirib ki, bu gün zəvvarların sonuncu qrupu vətənə dönəcək.

Qeyd edək ki, bu il Azərbaycana Həcc ziyarətinə görə 1500 nəfərlik kvota verilib. Həcc ziyarəti üçün sənəd qəbuluna fevralın 12-dən başlanılıb və mayın 29-da başa çatıb.

Bir nəfər üçün ziyarət paketinin qiyməti 5850 ABŞ dolları təşkil edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031