Rövşən Vəliyev peşə andına həmişə sadiqdir

2-07-2024, 12:43 322 dəfə baxılıb

 Bu gün Azərbaycan polisi yaranmasının 106-cı ildönümünü və peşə bayramını qeyd edir. 

“Polisdə xidmətə başlayan andan Azərbaycan Respublikasının Konstitusiyasını və digər Qanunlarını rəhbər tutmağa, insan hüquq və azadlıqlarına hörmətlə yanaşmağa, qanunçuluğa ciddi riayət etməyə, xidməti vəzifələrini namusla və vicdanla yerinə yetirməyə, intizamlı olmağa, ictimai qaydanı və ictimai təhlükəsizliyi mərdliklə qorumağa və lazım gələrsə həyatımı belə əsirgəməməyə and içirəm”.

Hər bir polis əməkdaşı vəzifəsinin icrasına başlamazdan əvvəl Azərbaycan Respublikasının Dövlət bayrağı önündə and içərək vəzifə səlahiyyətlərini yerinə yetirməyə başlayır.

Andına sadiq qalan peşə sahiblərinə nə xoşbəxt ki, zaman da, vətəndaşlar da sadiq qalır. Andının hər kəliməsinə nəcib duyğularla əməl edən Nizami rayon sahə müvəkkili Vəliyev Rövşən 35 ildir ki, bu sahədə usanmadan, bezmədən, addımlayır.

Fəaliyyəti boyunca çox çətinliklər görmüş, lakin peşəsinə sevgisi ilə hər bir sınaqdan üzü ağ çıxmışdır.

Vəliyev Rövşən  Daxili İşlər orqanlarında müxtəlif vəzifələrdə çalışıb.Hər zaman ona etibar edilən vəzifəni şərəflə yerinə yetirən şəxsiyyətin vətəninə və xalqına göstərdiyi xidmətləri saymaqla bitməz .

 Rövşən müəllim həmişə ictimaiyyətə qarşı insaflı , polis adını daim yüksəklərdə tutaraq peşəsini şərəflə ,ləyaqətlə , qürurla icra edib.

Təyin olunduğu hər yerdə böyük hörmət və ehtiramla qarşılanıb.

Vəliyev Rövşən mütəşəkkil cinayətkarlığa, sabitlik üçün təhlükə doğuran zərərli meyillərə, qanunsuz silahlı birləşmələrə qarşı mübarizə istiqamətində mühüm nailiyyətlər qazanıb. Dövlətçiliyimiz əleyhinə yönəlmiş cinayətkar qəsdlərin, digər qeyri-konstitusion əməllərin, vətəndaş qarşıdurmasının, kütləvi və mütəşəkkil cinayətkarlıq təzahürlərinin, cəzasızlıq mühitinin aradan qaldırılmasında önəmli xidmətlər göstərib. Canını, sağlamlığını belə əsirgəməyən Rövşən müəllimin  fədakarlığı, öz dövlətinə, xalqına, Prezidentinə sədaqətinə söykənir və polis-vətəndaş münasibətlərinin daha da möhkəmlənməsi şəraitində cəmiyyətin polisə ictimai rəğbətini daha da artırır.

Rövşən Vəliyev dövlətini, dövlətçiliyini qoruyur və yeri gələndə bu müqəddəs amallar uğrunda sağlamlığını qurban verir.  Dövlətçiliyin keşiyində ayıq-sayıq durmaqla yanaşı, vətəndaşlara xidmət göstərməkdə də davam edir. O, vətəndaşlarımızın sağlamlığı və təhlükəsizliyi naminə xidməti borcunu layiqincə yerinə yetirir, qanunla müəyyən olunmuş qaydada, öz səlahiyyətləri çərçivəsində müvafiq addımlar atır, xidməti borcunu layiqincə yerinə yetirməklə yanaşı, çətin vəziyyətdə olan insanların da köməyinə çatır, onlara yardım əli uzadır, humanist davranışları ilə, həm də, milli həmrəyliyə töhfələrini verir.

Bu gün Azərbaycan dünyanın ən sabit, təhlükəsiz ölkələrindən biridir. Bu reallığın təminatında  Rövşən Vəliyev kimi polislərimizin üzərinə böyük məsuliyyət düşür və onlar bu işin öhdəsindən şərəflə, ləyaqətlə gəlirlər. Artıq, çəkinmədən bu cür polislərimizi  vətəndaşlarla insani və xoş davranışlarına görə bütün dünyaya nümunə göstərə bilərik.

Rövşən Vəliyevin  keçdiyi uzun yol bir daha təsdiqləyir ki, öz andına həmişə sadiq olan daxili işlər orqanlarının əməkdaşları bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək, bu yolda qüvvə və bacarıqlarını əsirgəməyəcəklər.

Rövşən Vəliyevin simasında polis andına sadiq qalan bütün polis əməkdaşlarını təbrik edir, keçdikləri şərəfli yolda nailiyyətlər arzulayırıq.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930