Faciəvi şəkildə ölən Günel nazir köməkçisinin bacısı imiş

31-10-2024, 10:01 3 dəfə baxılıb

 
Xəbər verdiyimiz kimi, Xaçmazda 1977-ci il təvəllüdlü İlahə Bayramova və rəfiqəsi 1985-ci il təvəllüdlü Günel Abdullayeva göbələkdən zəhərlənərək ölüblər.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, vəfat edən G.Abdullayeva elm və təhsil nazirinin köməkçisi Taleh Əhmədovun bacısıdır.

O, rəfiqəsi Bakı Ali Neft Məktəbinin Magistratura şöbəsinin əməkdaşı olan İ.Bayramova ilə birgə Bakıdan Xaçmaza qonaq gedib və oktyabrın 28-də Seyidli kəndi ərazisində meşə zolağında topladıqları göbələkdən yedikləri üçün zəhərləniblər.

İ.Bayramova Bakıya gətirilərkən yolda, G.Abdullayeva isə paytaxtdakı xəstəxanada vəfat edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031