8 Noyabr- Zəfər günü Gəncə şəhərində qeyd olundu
8 Noyabr 2020-ci il Şuşanın azad olunduğu gün Azərbaycanın ən yeni tarixinə Zəfər günü kimi qeyd olundu.
Hər il dünya azərbaycanlıları bu tarixi böyük coşğu və fəxrlə qeyd edir.
Bu gün də məhz həmin gündür. Hər birimizin köksümüzün genişləndiyi, sevinc və qürurumuzun bir-birinə qarışdığı gündür.
8 Noyabr Zəfər günü Gəncə şəhərində də ruh yüksəkliyi ilə qeyd olundu.
Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin Gəncə Regional Mərkəzinin sədri, Vətən Müharibəsi iştirakçısı Samir Məmmədov və idarə heyəti Zəfər günü ilə əlaqədar Gəncə və Bakı şəhərlərində keçirilən paradlarda iştirak edib, Ulu öndərin büstünü və Şəhidlər xiyabanını ziyarət edib, məzarlarına gül dəstələri qoyublar.
Şanlı tariximizin ən parlaq səhifəsini yazan şəhidlərimizin ruhuna dualar oxuyub, Yaradandan Vətənimizin qeyrətli oğullarına rəhmət diləyiblər.