ADA-nın tələbəsi dəm qazından boğulub

26-01-2024, 10:57 14 dəfə baxılıb

 

ADA-nın tələbəsi dəm qazından boğulub.

“Azerinews.az” “Azərbaycan Universitetləri” səhifəsinə istinadən xəbər verir ki, 2019-cu ildə qəbul imtahanlarında 696 bal toplayaraq III qrup üzrə ölkə birincisi olan ADA Universitetinin Hüquq fakültəsinin IV kurs tələbəsi, Prezident təqaüdçüsü Sərxan Həsənov bu gecə dəm qazından dünyasını dəyişib.

Bildirilib ki, Sərxan ABŞ-də təcrübə keçən tələbələrdən olub. O, xarici məhkəmələrin metodikasını öyrənirdi.

Hadisə ilə bağlı araşdırma aparılır.

***

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə Sərxan Həsənovun yaşadığı Bakı şəhəri, Nərimanov rayonu Böyükşor qəsəbəsi PY UA 38/10 ünvanında baş verib.

2002-ci il təvəllüdlü tələbə yaxınları tərəfindən huşsuz vəziyyətdə tapılıb. Hadisə yerinə gələn təcili tibbi yardım briqadası onun vəfat etdiyini bildirib.








Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031