Azərbaycanlı polkovnik-leytenant Çində uğur qazandı

26-01-2024, 12:45 5 dəfə baxılıb

 

Çinin Nankin şəhərində yerləşən Çin Xalq Azadlıq Ordusunun Quru Qoşunları Akademiyasının “Orta Komanda Kursu”nun növbəti buraxılış mərasimi keçirilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Azərbaycan Ordusunun zabiti polkovnik-leytenant Elxan Fərzəliyev akademiyanı fərqlənmə ilə bitirərək qırmızı diploma və əlaçı döş nişanına layiq görülüb.

Qeyd edək ki, bu il ali hərbi təhsil müəssisəsində 55 ölkədən 73 xarici hərbi qulluqçu təhsil alıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031