Çin “Ənsar Allah”la bağlı İrana xəbərdarlıq edib

26-01-2024, 11:08 5 dəfə baxılıb

Çin Yəmənin “Ənsar Allah” (husilər) hərəkatı ilə əlaqədar İrana müraciət edib.

Pekin Tehrandan hərəkatın hücumlarını dayandırmağa kömək etməsini istəyib.

Mənbə yazır ki, Çin və İran bu yaxınlarda Qırmızı dənizdə ticarət məsələlərini və “Ənsar Allah”ın hücumlarını müzakirə ediblər.

“Danışıqlar zamanı Çin tərəfi bildirib ki, əgər onun maraqlarına hər hansı şəkildə zərər dəyərsə, Pekinin Tehranla ticarət əlaqələrinə xələl gələ bilər. Ona görə də İran bu məsələdə husilərə təsir etməlidir”, - deyə mənbə yazıb.

Məlumat üçün əlavə edək ki, husilərin Qırmızı dənizdə gəmilərə hücumlarından sonra Çinin Avropa və Asiya arasındakı ticarət əlaqələrinə ciddi zərər vurub.

Mənbə: Reuters

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031