ABŞ və Britaniya Yəməndə husilərin səkkiz hədəfinə zərbələr endirib

23-01-2024, 12:13 0 dəfə baxılıb

 

ABŞ və Britaniya hərbçiləri Yəmən husilərinin 8 hədəfinə zərbələr endirib. RİA Novosti xəbər verir ki, bu barədə iki ölkənin birgə bəyanatında deyilir.

Sənəddə deyilir: “ABŞ və Böyük Britaniya hərbçiləri öz hökumətlərinin əmri və Avstraliya, Bəhreyn, Kanada və Hollandiyanın dəstəyi ilə Yəməndə husilərin səkkiz hədəfinə  zərbələr endiriblər.

Zərbələrin məqsədinin husilərin gəmilərə hücum imkanlarını azaltmaq olduğu bildirilib. Xüsusilə, zərbələr “yeraltı anbar”a, eləcə də husilərin raket qurğularının yerləşdiyi yerlərə endirilib.
Qeyd olunur ki, zərbələrin məqsədi husilərin Qırmızı dənizdəki gəmilərə hücum imkanlarını azaltmaq olub.

Husilər həmçinin Qırmızı dənizdəki hərəkətlərinin Qəzza zolağındakı fələstinlilərə yardım məqsədi daşıdığını bildiriblər. Onlar regionda naviqasiya azadlığına mane olmadıqlarını iddia edirdilər. Ərəb və müsəlman ölkələri dəfələrlə ABŞ-a xəbərdarlıq ediblər ki, İsrailin Qəzza zolağındakı hərəkətlərinə qeyd-şərtsiz dəstək münaqişənin bütün regiona yayılmasına gətirib çıxaracaq.
ABŞ və Böyük Britaniya yanvarın ortalarından husilərin hədəflərinə zərbələr endirir və bunu Qırmızı dənizdə naviqasiya azadlığına qarşı təhdidlərə cavab adlandırır. Əli əl-Husi bu hücumları terror vəhşiliyi və  əsassız təcavüz adlandırıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930