Prezident hərbçilərin maaşlarını artırdı - FƏRMAN

7-11-2023, 13:58 14 dəfə baxılıb

Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları artırılıb.

 
"Azerinews.az" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq Fərman imzalayıb.
 
Fərmanla Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları orta hesabla 20 faiz artırılıb.
 
Nazirlər Kabineti Fərmandan irəli gələn məsələləri həll etməli, Müdafiə Nazirliyi və Maliyyə Nazirliyi Fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.
 
Fərman 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031