XİN Ukraynada 2 Fransa vətəndaşının həlak olduğunu təsdiqləyib

2-02-2024, 15:02 5 dəfə baxılıb

 

Fransa xarici işlər naziri Stefan Sejurne Ukraynada 2 Fransa vətəndaşının həlak olduğunu təsdiqləyib.

"Azerinews.az" xəbər verir ki, bu barədə Fransa xarici işlər naziri "X" hesabında paylaşım edib.

Fransa XİN rəhbəri üç nəfərin yaralandığını qeyd edib.

Qeyd edək ki, fevralın 1-də Xerson vilayətinin qubernatoru Aleksandr Prokudin "Telegram" hesabında bildirib ki, Rusiya qüvvələrinin Berislava endirdiyi zərbə nəticəsində əcnəbi könüllülər ölüb və yaralanıb.

Ukrayna milli polisi bildirib ki, pilotsuz uçuş aparatının hücumu nəticəsində iki Fransa vətəndaşı ölüb.

Xatırladaq ki, cəbhə xəttinə yaxın Dnepr çayı sahilindəki Berislav müntəzəm olaraq Rusiya pilotsuz uçuş aparatlarının və artilleriyasının zərbələrinə məruz qalır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031