Güclü geomaqnit qasırğası var

12-11-2025, 10:28 8 dəfə baxılıb

 

Günəş səthində baş verən X sinif alışmalar səbəbindən aktivlik yüksək səviyyəyə qalxıb. 9-10 noyabrda baş verən X5 alışması zamanı asimmetrik tac kütlə atılması nəticəsində plazma kütləsinin noyabrın 12-də Yerə yaxınlaşması proqnozlaşdırılır.

“Azerinews.az” xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin Fizika fakültəsi məlumat yayıb. 

Bildirilib ki, hazırda Günəş aktivliyi R1-R2 (zəif-orta), günün yarısından başlayaraq noyabrın 13-dək R3 (güclü-aktiv) səviyyədə olacaq:

“Aktivlik noyabrın 13-ü günortayadək davam edə bilər. Yüksək coğrafi enliklərdə noyabrın 12-də maqnit qasırğasının gücü 10 ballıq şkala ilə 4-8, noyabrın 13-də azalaraq 3-5 səviyyəsində olacaq. Orta coğrafi enliklərdə noyabrın 12-də qasırğanın gücü 4-7, sonrakı günlər azalaraq fon səviyyəsində olacaq.

9-10 noyabr tarixlərində baş verən tac kütlə atılması nəticəsində noyabrın 12-də yüksək coğrafi enliklərdə G2-G4 səviyyəsində maqnit qasırğası proqnozlaşdırılır. Günün yarısında bu, artaraq G3-G4 (güclü) qasırğa səviyəsinə yüksələcək. Tac kütlə atılması səbəbindən noyabrın 13-də qasırğanın G1-G3 səviyyədə qalacağı proqnozlaşdırılır. 14 noyabr tarixində aktivlik azalacaq”. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930