“Etirazlar kəskinləşərsə, Xamenei İranı tərk edəcək”

5-01-2026, 11:56 7 dəfə baxılıb

 

İranın ali lideri Əli Xamenei ölkədə etiraz aksiyaları fonunda vəziyyət kəskinləşəcəyi təqdirdə Tehranı tərk edə bilər.


“Azerinews.az” xəbər verir ki, bu barədə kəşfiyyat məlumatlarına istinadən Britaniyanın “The Times” qəzeti yazıb.


Yazıda qeyd olunub ki, 86 yaşlı Xamenei öz qüvvələrinin etirazları yatıra bilmədiyini, yaxud onların etirazçılar tərəfinə keçdiyini və əmrləri yerinə yetirmədiyini gördükdə yaxın ətrafı ilə birgə ölkəni tərk etməyi planlaşdırır.


Sözügedən yaxın ətrafa isə İranın ali liderinin 20 köməkçisi və ailə üzvlərinin daxil olduğu bildirilir.


İsrail kəşfiyyatının nümayəndəsi Beni Sabti hesab edir ki, Xamenei bu halda Moskvaya gedə bilər, çünki onun gedə biləcəyi başqa yer yoxdur.


Xatırladaq ki, İranda iqtisadi böhran fonunda ötən həftədən başlayaraq etiraz aksiyaları keçirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930