Çin ilə Venesuela arasında yeganə birbaşa uçuş dayanıb

5-01-2026, 12:02 2 dəfə baxılıb

 

Venesuelanın “Conviasa” aviasiya şirkətinin paytaxt Karakas ilə Çinin Quancou şəhəri arasındakı uçuşları dayanıb.

"Azerinews.az" “Global Times” qəzetinə istinadla xəbər verir ki, “Conviasa”nın Çindəki tərəfdaşı uçuşların sabit olmayan beynəlxalq vəziyyət və təhlükəsizlik məsələləri ilə əlaqədar ləğv edildiyini açıqlayıb. Yanvarın 5-nə nəzərdə tutulan uçuşun Quancou-Moskva hissəsi yerinə yetiriləcək, amma Moskva-Karakas hissəsi baş tutmayacaq. Belə ki, təyyarə Moskvadan Karakasa sərnişinsiz uçacaq.

Çinin Xarici İşlər Nazirliyi və Karakasdakı səfirliyi Venesueladakı məlum hadisələrdən sonra vətəndaşlarına müraciət edərək bu ölkəyə səfərlərdən çəkinməyi tövsiyə edib. Venesueladakı Çin vətəndaşlarına isə təhlükəsizlik məsələlərinə diqqət yetirmək, ehtiyac olmadığı halda küçəyə çıxmamaq məsləhət görülüb.

Qeyd edək ki, “Conviasa”nın Karakas-Quancou-Karakas uçuşları Moskvada qısa dayanmaqla 2 həftədən bir yerinə yetirilirdi. Bu, Çin ilə Venesuela arasında yeganə birbaşa uçuş olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031