Əlcəzairli alim ölkəsinin rəsmi qəzetində Azərbaycanın elmi müəssisələrində keçirdiyi görüşlərdən yazıb

5-01-2026, 16:59 5 dəfə baxılıb

 

Ötən ay Azərbaycanda səfərdə olmuş Əlcəzairin Konstantin Universitetinin baş müəllimi, Məğrib İslam Sivilizasiyası üzrə Tədqiqatlar Laboratoriyasının müdiri tarix elmləri doktoru Hüseyn Bubidi vətəninə geri döndükdən sonra öz səfər təəssüratlarını ölkəsinin ən nüfuzlu rəsmi dövlət qəzetlərindən biri olan "Şüruq"da bölüşüb. H.Bubidi həmin universitetin müəllimləri, tarix elmləri doktorları Həmzə Qadiri və Murad Bileydi ilə birgə Bakıda səfərdə olub.

Bu barədə Şərqşünaslıq İnstitutunundan bildirilib.

Əlcəzairli alim “Əlcəzairin Konstantin şəhərindən Azərbaycanın paytaxtı Bakı şəhərinə elmi səfər” adlı məqaləsində AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun və Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun alimləri ilə görüşlərindən, bu elmi müəssisələrin fəaliyyəti, burada tanış olduğu kitablardan və əlyazmalardan bəhs edib. Müəllif azərbaycanlı alimlərin ərəbşünaslıq sahəsində elmi fəaliyyətlərini yüksək dəyərləndirib.

H.Bubidi AMEA-nın vitse-prezidenti, Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva ilə görüşünü xüsusi qeyd edib və onun ərəbşünaslıq sahəsində xidmətlərini vurğulayıb. O, Bakı səfərində onları müşaiyət edən Şərqşünaslıq İnstitutunun şöbə müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Mustafayevin elmi və ərəb dili bikliklərindən heyranlığını da gizlətməyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930