Trampın növbəti hədəfi bu ölkə oldu

9-01-2026, 10:22 10 dəfə baxılıb

 

ABŞ Prezidenti Donald Trampın Latın Amerikası ölkələrinə qarşı sərt ritorikası çərçivəsində budəfəki hədəfi Kuba olub.


“Azerinews.az”ın xəbərinə görə, “The Hugh Hewitt Show” proqramına qatılan Donald Tramp Kubadakı vəziyyətlə bağlı diqqətçəkən açıqlamalar verib.


ABŞ Prezidenti Kubanın Venesueladan asılı vəziyyətdə olduğunu bildirib:


“Onların bütün can damarı Venesuela idi. Nefti də, pulu da Venesueladan alırdılar. İndi isə ipdən asılıdırlar”.


Tramp Kubaya təzyiq göstərmək üçün seçimlərin məhdud olduğunu vurğulayıb:


“Məncə, ora girib hər şeyi alt-üst etməkdən başqa, bundan daha artıq təzyiq tətbiq etmək çətindir”.


ABŞ lideri Kubanın çox ciddi böhran içində olduğunu dilə gətirib:


“Hələ tam çöküblər demək olmaz, amma öz daxili dinamikaları ilə bu nöqtəyə xeyli yaxınlaşdıqlarını düşünürəm”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031