“ABŞ danışıqlardan əvvəl İranı hərbi hücumlarla hədələyib”

10-02-2026, 09:44 8 dəfə baxılıb

 

“ABŞ Omandakı danışıqlardan əvvəl İrana dörd şərt təqdim edib və qəbul edilməyəcəyi təqdirdə hərbi hücumlarla hədələyib”.

“Azerinews.az” xəbər verir ki, bunu İran İnqilab Keşikçiləri Korpusunun Siyasi İşlər üzrə komandan müavini Əziz Qəzənfəri “Sobh-e Sadik” jurnalında Omandakı dolayı danışıqlara münasibət bildirərkən deyib.

O, ABŞ-nin ballistik raket proqramı, regional qruplara dəstək və nüvə məsələlərini danışıqlar mövzusu etmək istədiyini, lakin İranın müdafiə qabiliyyətlərinin danışıqlar mövzusu ola bilməyəcəyini vurğulayıb.

Qəzənfəri ölkəsinin təhdid və psixoloji təzyiqlər qarşısında təslim olmadığını və danışıqlara baxmayaraq, hərbi tədbirləri davam etdirəcəyini bildirib. Omandakı danışıqların çərçivəsinin ABŞ-nin irəli sürdüyü şərtlərdən yox, İranın mövqeyindən formalaşdığını qeyd edib.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031