Ukrayna müdafiə nazirinin müşaviri yaralandı

20-04-2026, 14:11 15 dəfə baxılıb

 

Ukrayna müdafiə nazirinin müşaviri Sergey Beskrestnov evinə “Şahed” pilotsuz uçuş aparatının çırpılması nəticəsində yaralanıb. 

“Azerinews.az” xəbər verir ki, müşavir bu barədə sosial şəbəkələrdə xəstəxanadan çəkilmiş fotosunu paylaşaraq məlumat yayıb.

“Artıq evim yoxdur. Mən də yaralanmışam. Amma əsas odur ki, möcüzə sayəsində sağ qalmışam. Mən hadisələrin belə inkişafına mənəvi olaraq hazır idim və bu məni dayandırmayacaq”, - paylaşımda deyilir. 

Müdafiə nazirinin müşaviri hücumun onu məhv etmək üçün məqsədli şəkildə həyata keçirildiyini iddia edib.

Qeyd edək ki, 51 yaşlı Beskrestnov texniki bloqer və hərbi radiotexnologiyalar sahəsində məsləhətçi kimi tanınır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031