230 min toyuğu məhv edəcəklər - Quş qripinə görə

23-04-2026, 15:31 112 dəfə baxılıb

 

Yaponiyanın Aomori prefekturasında 230 min toyuq tələf ediləcək.

“Azerinews.az” “Kyodo” agentliyinə istinadən xəbər verir ki, buna səbəb həmin bölgədə quş qripinin artmasıdır. 

Sözügedən prefekturada 32 quşçuluq ferması ətrafında 10 km radiuslu qadağan olunmuş zonalar yaradılıb.

Ölkə rəhbərliyi xəstəliyin daha geniş əraziyə yayılmasından ehtiyat edirlər.

Qeyd edək ki, 2023-cü ildə Yaponiyada toyuqların kütləvi şəkildə məhv edilməsi ölkədə yumurta qiymətlərində 1991-ci ildən bu yana ən böyük artıma səbəb olmuşdu. Bu zaman, illik göstəricidə ölkədə yumurtanın qiyməti 76 faiz artmışdı.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031