Kolumbiyada həbsxanalarda fövqəladə vəziyyət elan edilib

13-02-2024, 13:55 0 dəfə baxılıb

“Kolumbiya hökuməti həbsxana işçilərinə qarşı hücumların artması ilə əlaqədar ölkənin penitensiar sistemində fövqəladə vəziyyət elan edib”.

Bunu ölkənin ədliyyə və hüquq naziri Nestor Osuna mətbuat konfransında bildirib.

“Biz bütün ölkədə penitensiar sistemdə fövqəladə vəziyyət elan etmişik. Bu vəziyyət qismən də milli penitensiar və həbsxana qurumlarının əməkdaşlarına qarşı təhdidlərin artması və ölkənin müxtəlif yerlərində son bir neçə gündə baş verən mühafizəçi qətlləri ilə əlaqədardır”, - deyə o qeyd edib.

Osuna həbsxanalarda qəsb hallarının artdığını da etiraf edib. “Fövqəladə vəziyyətin tətbiqində məqsəd mühafizəçilərin həyatını qorumaq və onların sakit işləməsi üçün şəraiti təmin etmək, habelə hədə-qorxu ilə tələblərə qarşı mübarizə tədbirlərini gücləndirməkdir”, - deyə nazir əlavə edib.

Tədbirlərdən biri həbsxanaların yaxınlığında mobil telefon siqnallarının bloklanması olacaq.

Son ayda Kolumbiyada həbsxana divarları xaricində ədliyyə zabitlərinə qarşı bir neçə hücum olub.

Mənbə: osnmedia.ru

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930