İranda partlayıcı qurğu işə düşüb, terrorçu ölüb

28-02-2024, 12:01 10 dəfə baxılıb

 

İranda partlayıcı qurğu işə düşüb, terrorçu ölüb.

"Azerinews.az" xəbər verir ki, bu barədə “Tasnim” Zahedan prokuroruna istinadən məlumat yayıb.

Məlumata görə, İranın Sistan və Bəlucistan vilayətində terror aktı törətməyə cəhd edən terrorçulardan biri əməliyyatı həyata keçirməzdən əvvəl baş verən partlayış nəticəsində ölüb.

Qeyd edilib ki, iki terrorçu Məhəmməd bölgəsində yol kənarındakı nəzarət-buraxılış məntəqəsi yaxınlığında patrul avtomobilini partlatmaq məqsədi ilə ölkəyə daxil olub. Onlardan biri partlayıcı qurğunun quraşdırılması zamanı ölüb. Digər terrorçu isə qaçıb, axtarışları davam edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031