Lavrov Türkiyədə səfərdədir
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyədə səfərdədir.
“Azerinews.az” TASS-a istinadən xəbər verir ki, Lavrov Antalya Diplomatiya Forumunda iştirak edəcək.
Rusiyanın XİN rəhbəri, həmçinin türkiyəli həmkarı Hakan Fidanla da danışıqlar aparacaq.
Xatırladaq ki, Antalya Diplomatiya Forumu martın 1-dən 3-nə qədər davam edəcək.