Meksikada vulkan aktivləşib

11-03-2024, 14:10 5 dəfə baxılıb

 

Meksikanın paytaxtı Mexikodan 70 km aralıda yerləşən Popokatepetl vulkanı aktivləşərək atmosferə buxar buraxmağa və kül püskürməyə başlayıb.

Bu barədə Meksikanın Fəlakətlərin Qarşısının Alınması üzrə Milli Mərkəzi məlumat yayıb.

“Son 24 saat ərzində 9 dəfə püskürmə baş verib, həmçinin 1394 dəqiqə yüksəktezlikli və aşağı amplituda vulkanik titrəmə qeydə alınıb”, - idarədən bildirilib.

Verilən məlumata görə, vulkanik fəaliyyət su buxarı, kül və müxtəlif qazların havaya buraxılması ilə müşayiət olunub.

“Popokatepetl vulkanının vulkan təhlükəsi barədə xəbərdarlıq işıqforu ikinci mərhələdədir (üç mümkün mərhələdən - red.)”, - milli mərkəz bildirib.

Vulkanoloqların verdikləri məlumata görə, hazırda təhlükəsiz məsafə vulkanın kraterindən 12 km-dir.

Qeyd edək ki, Popocatepetl Latın Amerikası ölkəsindəki ən böyük və ən aktiv vulkanlardan biridir. Onun hündürlüyü 5,42 km-ə çatır.

Mənbə: TASS






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031