Şoyquya yeni müavin təyin olundu
Rusiyanın müdafiə naziri Sergey Şoyquya yeni müavin təyin olunub.
“Azerinews.az” xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin fərman imzalayıb.
Fərmana əsasən, general-leytenant Andrey Bulıqa Rusiya Müdafiə nazirinin maddi-texniki təchizat üzrə müavini təyin edilib.
Qeyd edək ki, daha əvvəl bu vəzifədə general-polkovnik Aleksey Kuzmenkov çalışıb. Bulıqa isə, Qərb Hərbi Dairəsinin komandirinin maddi-texniki təminat üzrə müavini vəzifəsində fəaliyyət göstərib.