İrəvanda Paşinyanın istefası tələbi ilə mitinq keçiriləcək

11-03-2024, 23:57 3 dəfə baxılıb

 

“Birgə” hərəkatı martın 13-də İrəvanda baş nazirinin istefası tələbi ilə mitinq keçirəcək.

Bu barədə hərəkatın üzvü, Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan jurnalistlərlə görüşündə bildirib.

O, mitinqin saat 18:00-da Azadlıq meydanında baş tutacağını qeyd edib.

Baqratyan bildirib ki, bu müddət ərzində hərəkat nümayəndələri bir çox mühüm görüşlər keçiriblər. Onun sözlərinə görə, Ermənistanda hakimiyyət dəyişikliyi labüdləşir. O, vətəndaşları bu prosesin bir hissəsi olmağa çağırıb.

“Biz vətəndaşları yavaş-yavaş mübarizəyə qaldıracağıq. Xalq bizə qoşulmalıdır. Belə olan halda (Ermənistanın baş nazirinə - red.) deyə bilərik: “Xalq buradadırsa, xalqdan hansı dəstəyi alırsınız?” - deyə sabiq baş nazir qeyd edib.


Onun sözlərinə görə, Nikol Paşinyan hakimiyyəti qəsb edib.

“Biz bütün müxalifət qüvvələri ilə əməkdaşlığa açığıq. Əminəm ki, güclü birləşmə baş verəcək”, - deyə Baqratyan vurğulayıb.

Mənbə: news.am






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031