Amerikanın hava hücumu nəticəsində SEPAH-ın hərbi müşaviri ölüb

26-03-2024, 19:18 100 dəfə baxılıb

Suriyada Amerikanın hava hücumu nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) hərbi müşaviri ölüb.

“Azerinews.az” xəbər verir ki, bu barədə İranın Suriyadakı səfirliyi “X” səhifəsində məlumat yayıb.

Qeyd olunub ki, Suriyanın şərqində yerləşən Deyr əz-Zor əyalətinin bombalanması zamanı Bəhruz Vahidi ölüb.

Qeyd edək ki, martın 26-na keçən gecə ABŞ Hərbi Hava Qüvvələri Suriyanın şərqindəki Deyr əz-Zor əyalətindəki hədəflərə bir sıra hava zərbələri endirib.

“Əl-Hadat” kanalının məlumatına görə, hava zərbələri nəticəsində 2-si komandir olmaqla azı 9 döyüşçü öldürülüb, ən azı 20 nəfər yaralanaraq xəstəxanaya çatdırılıb.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930