Şarl Mişel Qəzza ilə bağlı İsrailə çağırış edib

5-04-2024, 17:06 123 dəfə baxılıb

 

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Qəzza ilə bağlı çağırış edib.

"Azerinews.az" xəbər verir ki, bu barədə Şarl Mişel "X" hesabında paylaşım edib.

"Qəzzalı uşaqlar və körpələr qida çatışmazlığından ölür. Qəzzada müharibə aləti olan aclığa dərhal son qoymaq üçün ciddi və təcili səylər tələb olunur.
Beynəlxalq ictimaiyyət dəfələrlə Qəzzaya daha çox humanitar yardımın daxil edilməsinə çağırıb, xüsusən də aclığın qarşısını almaq üçün BMT-nin iki məcburi qətnaməsi var. İsrailin Erez keçid məntəqəsini müvəqqəti olaraq yenidən açması, həmçinin Aşdod limanından yardımların daxil olmasına icazə verməsi kifayət deyil", - Şarl Mişel qeyd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031