İsrail Hərbi Hava Qüvvələri Livana zərbələr endirib

18-04-2024, 12:23 112 dəfə baxılıb

 İsrail Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri Livanın cənubundakı bir sıra “Hizbullah” hədəflərinə zərbələri endirib.

Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Zərbələr Xiam bölgəsindəki terror infrastrukturu obyektləri, eləcə də əlavə iki hərbi obyekti hədəf alıb. Həmçinin bildirilib ki, əsgərlər təhlükəni aradan qaldırmaq üçün ərazidə atəş açmağa məcbur olublar.

“Bundan əlavə, İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Kfarkela bölgəsində aşkar edilən iki “Hizbullah” terrorçusunu məhv edib”, - deyə bəyanatda bildirilib.

Mənbə: TASS






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031