İsrail Livana cavab zərbələri endirib

24-03-2024, 01:22 81 dəfə baxılıb

İsrail ordusu ölkənin şimalının atəşə tutulmasına cavab olaraq Livanda "Hizbullah"ın hədəflərinə zərbələr endirib.

"Azerinews.az"ın xəbərinə görə, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

"Gün ərzində İsrailin şimalındakı Dov, Marqaliot və Şomer ərazilərində Livandan bir neçə raket və mərmi buraxılışı qeydə alınıb. Bundan başqa, gün ərzində Kfar-Blumda iki ərazidə pilotsuz uçuş aparatlarının qalıqlarının aşkarlanması barədə məlumat daxil olub. Ölən və yaralananlar barədə məlumat verilməyib”, - xəbərdə deyilir.

İsrail ordusunun qırıcıları buna cavab olaraq, Nakura və Ayta əş-Şaab bölgələrində “Hizbullah”ın hərbi bazalarına hücum edib. Bundan əlavə, pilotsuz uçuş aparatından istifadə edən hərbçilər “Livanın cənubundakı Kfarkeldə “Hizbullah”ın hərbi obyektinə sızmış terrorçunu müəyyənləşdiriblər. Bundan sonra “İsrail döyüşçüləri obyektə hücum ediblər”, - mətbuat xidməti vurğulayıb.

Həmçinin "Hizbullah”ın Xiam bölgəsindəki müşahidə məntəqəsinə zərbə endirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031