İranda 5 alpinist qar uçqunu altında qalıb

12-01-2024, 17:09 4 dəfə baxılıb

 İranda 5 alpinist qar uçqunu altında qalıb.

"azerinews.az" xəbər verir ki, bu barədə Qərbi Azərbaycan Qızıl Aypara Cəmiyyətinin baş direktoru məlumat verib.

"Bu gün Aşnoyedə 5 alpinist qar uçqunu altında qalıb. Dərhal hadisə yerinə Qızıl Aypara Cəmiyyətinin 5 xilasetmə qrupu göndərilib", - direktor qeyd edib. Hazırda İranın bir sıra vilayətlərində güclü qar müşahidə olunur.

Əlborz vilayətinin yüksəkliklərində uçqun təhlükəsi var. Bundan əlavə, Kəndivanda da qayaların uçması ehtimalı var. Sürücülərə dağ yolları ilə hərəkət edərkən qış ləvazimatları götürmək, qayaların uçması və qar uçqunu səbəbindən dağların yamaclarında dayanmamaq tövsiyə edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930