Gəncə Dövlət Filarmoniyasına direktor təyin edilib

29-11-2023, 12:26 12 dəfə baxılıb

"Azerinews.az" xəbər verir ki, Gəncə Dövlət Filarmoniyasına direktor təyin edilib.

Əməkdar artist, opera müğənnisi, dirijor Ramil Qasımov Mədəniyyət nazirinin müvafiq əmri ilə F. Əmirov adına Gəncə Dövlət Filarmoniyasına direktor təyin edilib. Gəncə ŞİH-dən verilən məlumatda bildirilir ki, bununla əlaqədar olaraq, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov onunla görüşüb. Niyazi Bayramov ölkə rəhbərinin Gəncə şəhərinin bütün sahələrinə olduğu kimi, mədəniyyət sahəsinə olan diqqət və qayğısından bəhs edib və Ramil Qasımovu yeni təyinatı münasibətilə təbrik edərək, bundan sonrakı fəaliyyətində uğurlar arzulayıb.

Əməkdar artist öz növbəsində Niyazi Bayramova səmimi görüş üçün təşəkkürünü bildirib və Gəncənin mədəni mühitinin inkişafında öz töhvəsini əsirgəməyəcəyini bildirib.

Qeyd edək ki, Ramil Qasımov 2015-ci ildən Azərbaycan Televiziyası "Mədəniyyət" kanalının direktoru olub. 2020–2022-ci illərdə isə Heydər Əliyev Sarayının direktoru vəzifəsində çalışıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930