Nursultan Nazarbayevin Astanadakı abidəsi götürülüb

12-01-2024, 17:12 5 dəfə baxılıb

 Qazaxıstanın Milli Müdafiə Universitetinin ərazisində ölkənin ilk prezidenti Nursultan Nazarbayevin abidəsi sökülüb.

Bu barədə ölkənin Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər yayıb.

Məlumata görə, bu, universitetin adının dəyişdirilməsi ilə bağlıdır. Əvvəllər o, Elbaşının adını daşıyırdı.

“Qazaxıstan Respublikası müdafiə nazirinin əmri ilə Qazaxıstan Respublikasının Birinci Prezidenti - Elbaşı adına Milli Müdafiə Universitetinin adı dəyişdirilərək Qazaxıstan Respublikasının Milli Müdafiə Universiteti adlandırılıb. Bununla əlaqədar olaraq Milli Müdafiə Universitetinin ərazisində yerləşən Qazaxıstan Respublikasının birinci prezidentinin abidəsinin Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin Dövlət Hərb Tarixi Muzeyinin binasının ərazisinə köçürülməsi və quraşdırılması qərara alınıb”, - deyə məlumatda bildirilib.

Mənbə: vlast.kz






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031