İrəvanda Paşinyanın istefası tələbi ilə etiraz aksiyası keçirilir

2-05-2024, 15:41 104 dəfə baxılıb


 

İrəvanda hökumət binası qarşısında ölkənin Baş naziri Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyası keçirilir.

“Azerinews.az” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, aksiya Vaaqn Çaxalyanın rəhbərlik etdiyi “Kamk” hərəkatı tərəfindən təşkil edilib. 

Aksiya iştirakçıları Azərbaycanla sərhədlərin delimitasiyası prosesinə qarşıdırlar.

Qeyd edək ki, aprelin 19-da Azərbaycan və Ermənistan arasında sərhəddə iki ölkə arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və ölkələrarası dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüş zamanı Qazaxın Ermənistan tərəfindən işğal olunmuş 4 kəndinin Azərbaycana qaytarılması barədə razılıq əldə edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031