NATO Baş katibi Belarusun müxalifət liderini qəbul edib

7-05-2024, 19:00 5 dəfə baxılıb

 NATO Baş katibi Yens Stoltenberq Belarusun müxalifət lideri Svetlana Tixanovskaya ilə görüşüb.

"Azerinews.az" xəbər verir ki, bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb.

"Baş katib Yens Stoltenberq Şimali Atlantika Şurasında çıxış edən belaruslu Svetlana Tixanovskayanı NATO qərargahında salamladı. Baş katib onun demokratiya və insan haqları müdafiəsində göstərdiyi cəsarət və liderliyini yüksək qiymətləndirdiyini vurğuladı".

Qeyd olunub ki, tərəflər həmçinin Belarus ərazisində Rusiya nüvə silahlarının yerləşdirilməsi məsələsini də müzakirə edib. "Minskin dəstəyi Rusiya üçün mühüm rol oynayıb, Rusiya qüvvələrinə Ukraynaya hücum etmək və işğalçı müharibəni davam etdirmək üçün ərazi və infrastruktur təmin edib. NATO müttəfiqləri Belarusu Rusiyanın müharibəsindəki şərikliyinə son qoymağa və beynəlxalq hüquqa riayət etməyə çağırır", NATO-nun yaydığı məlumatda bildirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031