Başqırdıstanda nazir beş milyon rüşvət alarkən saxlanılıb

7-05-2024, 15:54 90 dəfə baxılıb

 Başqırdıstanın nəqliyyat və yol təsərrüfatı naziri Aleksandr Klebanov beş milyon rubl rüşvət alarkən saxlanılıb.

Bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

Bundan sonra respublika rəhbəri Radi Xabirov Klebanovu işdən çıxarıb.

Qeyd edək ki, Klebanov 2022-ci ilin dekabrından Başqırdıstanın nəqliyyat və yol təsərrüfatı naziri vəzifəsində çalışırdı.

Aleksandr Klebanov magistralın yenidən qurulması məqsədilə tikinti materiallarının daşınması üçün müqavilələr bağlayan “Başkiravtodor” ASC-nin direktorlar şurasının üzvü olub. İstintaqın məlumatına görə, Klebanov etdiyi himayəyə görə və artıq başa çatdırılmış işin haqqının alınmasında köməklik göstərdiyinə görə pul tələb edib, eyni zamanda imtina ediləcəyi təqdirdə pulun ödənilməməsi ilə hədələyib. Şirkət rəhbərliyi, müstəntiqlərin dediyinə görə, rüşvəti verməyə razılaşıb.

Mənbə: ura.news






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930