Blinken: Ukrayna üçün kritik əhəmiyyətli məsələlərin həlli zəruridir

14-05-2024, 13:19 121 dəfə baxılıb

 

Növbəti aylarda Ukrayna üçün kritik əhəmiyyətli məsələlərin həlli zəruridir.

"Azerinews.az" ın  BBC-yə istinadən xəbərinə görə, bunu adı çəkilən ölkənin prezidenti Vladimir Zelenski ilə görüşündə ABŞ-nin dövlət katibi Antoni Blinken söyləyib.

Onun sözlərinə görə, rəsmi Vaşinqton özünün tərəfdaş dövlətləri ilə birlikdə bu müddətin Ukrayna üçün uğurlu keçməsi istiqamətində səyləri artıracaq. Blinken həmçinin vurğulayıb ki, hakimiyyətə dəstək olan dövlətlər Ukraynanın demokratik, iqtisadi, eləcə də hərbi cəhətdən daha da güclənməsində maraqlıdır:

“Hər birimiz Ukraynanın malik olduğu güc, dözüm və liderlik qabiliyyətləri ilə qürur duyuruq. Belə bir çətin zamanda göstərdiyimiz dəstəyin böyük bir hissəsi təqdim olunub, bir qismi isə göndərilmək üzrədir. Edilən yardımlar cəbhədə vəziyyəti Rusiya aqressiyasına qarşı mübarizə aparan Ukraynanın xeyrinə dəyişəcək. Tərəfdaşlarımızla birgə sizin müharibədə qələbə qazanmanız üçün səylərimizi artıracağıq”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930