Trampın təyyarəsi qəzaya düşdü - FOTO

15-05-2024, 12:30 115 dəfə baxılıb

 ABŞ-nin keçmiş prezidenti Donald Trampın şəxsi “Boeing 757” təyyarəsi Florida ştatındakı “West Palm Beach” beynəlxalq hava limanında hərəkətdə olan zaman başqa bir təyyarə ilə toqquşub.

Bu barədə “Reuters” öz mənbəsinə istinadən məlumat verib.

“Hərəkət zamanı təyyarənin qanadı park edilmiş və içi boş olan başqa təyyarəyə ilişib”, - deyə Mülki Aviasiya Federal İdarəsinin məsələ ilə bağlı bəyanatında bildirilib.

Faktla bağlı araşdırma aparılır. Lakin təyyarənin kimə məxsus olduğu ilə bağlı məlumat təqdim edilməyib.

Qeyd edək ki, Donald Tramp təyyarəni 2011-ci ildə əldə edib və onun dəbdəbəli şəkildə yığılmasına sərvət yatırıb - təxminən 100 milyon dollar. Layner Trampın sifarişi ilə “Rolls-Royce” tərəfindən hazırlanmış eksklüziv mühərriklərlə təchiz edilib. Təyyarənin tutumu beş dəfə azaldılaraq 239 sərnişin oturacağından 43-ə endirilib.


Mənbə: RBC.ru






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930